Mövzunu seçin, uyğun kartlar qalacaq. Hər kartda əsas əlamətlər, həkimə nə vaxt getmək lazım olduğu və müalicə yolları qısaca verilib.
Böyrək və sidik yolları
Böyrək daşı
Böyrək sancısı böyürdə dalğavari, çox güclü ağrıdır, qasığa yayıla bilər, ürəkbulanma ilə müşayiət olunur. 5 mm-ə qədər daşlar çox vaxt öz-özünə düşür.
- Təcili
- sancı ilə hərarət, tək böyrəkdə daş
- Müalicə
- ağrıkəsici və daşın düşməsinə kömək edən dərman; lazım olduqda RIRS, URS və ya PNL
Ətraflı: ölçüyə görə müalicə →
Sidik yolları
Sidik yolu infeksiyası
Sidik ifrazında yanma, tez-tez və az-az sidiyə getmək, bulanıq sidik. Kişilərdə sistit nadirdir, ona görə səbəbi mütləq axtarılır.
- Təcili
- hərarət, üşütmə, böyür ağrısı (pielonefrit)
- Müalicə
- sidik əkməsinə uyğun antibiotik, təkrarlanan hallarda səbəbin müayinəsi
Sidik yolları
Sidikdə qan
Ağrısız və bir dəfə görünən qan da müayinə tələb edir. Səbəb daş, infeksiya, prostat və ya sidik kisəsinin şişi ola bilər.
- Müayinə
- sidik analizi, USM, KT-uroqrafiya, lazım olduqda sistoskopiya
- Təcili
- laxtalı qan, sidiyin tutulması
Ətraflı: sidikdə qan →
Sidik yolları
Sidik saxlamamazlıq
Öskürəndə, gülərkən və ya qəfil istəklə sidiyin qaçması. Kişilərdə çox vaxt prostat əməliyyatından sonra rast gəlinir.
- Müayinə
- sidik gündəliyi, analiz, USM, lazım olduqda urodinamika
- Müalicə
- çanaq dibi məşqləri, dərman, ağır hallarda slinq və ya süni sfinkter
Ətraflı: inkontinans →
Ayrıca sayt
Prostat: adenoma, prostatit, PSA
Zəif axın, gecə tez-tez sidiyə durmaq, çanaqda ağrı və PSA nəticəsi. Onlayn I-PSS əlamət testi ilə.
prostat.az →
Androloji
Erektil disfunksiya
3 aydan uzun davam edən ereksiya problemi. Bəzən ürək-damar xəstəliklərinin ilk siqnalı olur, ona görə yalnız dərmanla kifayətlənmək olmaz.
- Müayinə
- şəkər, lipidlər, testosteron, təzyiq
- Müalicə
- həyat tərzi, dərmanlar, seçilmiş hallarda şok dalğa terapiyası, penil protez
Ətraflı →
Androloji
Erkən boşalma
Ən çox rast gəlinən cinsi şikayətdir və müalicə olunur. Ömürlük və sonradan yaranan formaları fərqlidir.
- Müalicə
- davranış üsulları, dərmanlar, yerli vasitələr; seçilmiş hallarda digər üsullar
Ətraflı →
Androloji
Peyroni xəstəliyi
Penisdə düyün, ereksiya zamanı əyrilik və ağrı. İlk 6–12 ay aktiv fazadır, sonra vəziyyət sabitləşir.
- Müalicə
- aktiv fazada dərman və dartma terapiyası; sabit fazada, əyrilik cinsi həyata mane olarsa, əməliyyat
Ətraflı →
Uşaq və böyük
Fimoz
Sünnət dərisinin açılmaması. Kiçik uşaqlarda bu normaldır və çox vaxt yaşla keçir.
- Müraciət
- təkrarlanan iltihab, sidik ifrazında çətinlik, böyüklərdə cinsi həyatda problem
- Müalicə
- steroid krem və ya sünnət
Ətraflı →
Xaya
Hidrosel
Xaya ətrafında maye yığılması, adətən ağrısız şişkinlik. Diaqnoz USM ilə təsdiqlənir.
- Müalicə
- kiçik və narahatlıq yaratmayan hidroseldə müşahidə; böyük və ya narahat edən hidroseldə əməliyyat
Təcili
Xayada qəfil ağrı
Xayanın burulması xüsusən yeniyetmələrdə rast gəlinir və ilk saatlarda əməliyyat tələb edir. Gecikmə xayanın itirilməsinə səbəb ola bilər.
- Nə etməli
- dərhal xəstəxanaya; ağrıkəsici ilə gözləməyin
- Digər səbəb
- epididimit (iltihab), daha tədricən başlayır
Ayrıca sayt
Varikosel
Xaya venalarının genişlənməsi: kimə əməliyyat lazımdır, mikrocərrahi üsul, bərpa.
varikosel.az →
Ayrıca sayt
Kişi sonsuzluğu
Spermoqramı necə oxumalı, səbəblər, cütlük üçün müayinə yolu.
sonsuzluq.az →